+99412 449 99 59

Nəaliyyətlərimiz

İnstitut fəaliyyətini təkmilləşdirdiyi dövrdən qısa bir müddətdə mühüm nəaliyyətlər əldə etmişdir. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında  Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə tətbiq ediləcək standartların hazırlanmasını və Azərbaycan Respublikasının dövlət standartları kimi qeydiyyata alınmasının təmin edilməsini əhatə edən müqavilə imzalanmışdır. Müqavilə çərçivəsində institut mütəxəssisləri tərəfindən NQNK-nın inşası zamanı tətbiq olunacaq tikinti sahəsi üzrə beynəlxalq və regional standartlar, həmçinin NQNK-nın gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində neft, qaz və kimya sahələri üzrə beynəlxalq və regional standartların aktuallığı araşdırılacaq, Azərbaycan dilinə tərcümələri təmin olunmuş standart layihələri linqvistik, orfoqrafik və dövlət standartlaşdırma sisteminə uyğunluğu üzrə ekspertizası aparılacaq.

Həmçinin, "Sumqayıt Texnologiyalar Parkı" MMC ilə  İnstitutumuz  arasında yerli məhsulların rəqabət və ixrac qabiliyyətinin yüksəldilməsi istiqamətində beynəlxalq və Avropa standartları əsasında elektrik kabelləri və plastik borulara tələbləri təyin edən yeni milli standartların hazırlanması üzrə müqavilə imzalanmışdır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı" layihəsi çərçivəsində hazırlanmış Peşə Standartlarının layihələrinin Azərbaycan Respublikasının Standartlaşdırma Sisteminə uyğunlaşdırılması məqsədilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında razılaşma əldə olunmuşdur. Razılaşmaya uyğun olaraq ilkin mərhələdə 200-ə yaxın peşə standartı Azərbaycan Respublikası Dövlət Standartlaşdırma Sisteminə uyğun olaraq hazırlanacaq və dövlət qeydiyyatına təqdim olunacaqdır. Ümumilikdə 1000-ə yaxın peşə standartlarının hazırlanması və dövlət qeydiyyatına təqdim olunması nəzərdə tutulur.

Cari ilin dekabr ayında Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin təşəbbüsü ilə "Ağır sənaye məhsullarının standartlaşdırılması üzrə" Texniki Komitə (TK 16) yaradılmışdır. Texniki Komitənin yaradılmasının əsas məqsədi hazırda respublikamızda istehsal olunan ağır sənaye məhsullarının beynəlxalq tələblərə uyğunlaşdırılması və rəqabət qabiliyyətinin artırılmasının təmin edilməsi istiqamətində müasir yeni standartların işlənib hazırlanmasıdır.

İnstitutun bir sıra əməkdaşlarının Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişaf Təşkilatının 2014-cü ilin aprel ayında keçirilməsi nəzərdə tutulmuş ticarət potensialının gücləndirilməsi mövzusunda nəzərdə tutulmuş kurs üçün online qeydiyyatı aparılmışdır.

Ölkəmizdə fəaliyyət göstərən müəssisələrin, təşkilatların, şirkətlərin  stabil, perspektivli inkişafına, keyfiyyətli məhsul və xidmətlərin təmin edilməsinə, istehsalına, ixracatına zəmin yaratmaq məqsədilə cari ilin 24-25 dekabr tarixlərində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun təşkilatçılığı ilə Britaniya Standartlar İnstitutunun MDB ölkələri üzrə direktorun və keyfiyyəti idarəetmə sistemləri üzrə Britaniyalı mütəxəssisin iştirakı ilə "İnteqrasiya olunmuş idarəetmə sistemləri" (İSO 9001 - Keyfiyyəti idarəetmə sistemləri, İSO 14001 - Ətraf mühiti idarəetmə sistemləri, İSO 18001 - Əməyin mühafizəsi idarəetmə sistemləri) mövzusunda seminar keçirilmişdir. İnstitutun təşkil etdiyi seminarda müxtəlif qrumların mütəxəssisləri iştirak etmişdir.

Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu elm və texnikanın inkişafına müvafiq olaraq məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin olunmasını, ətraf mühitin mühafizəsi məsələlərində dövlətin və istehlakçıların mənafeyinin müdafiəsini, istehsalda və ticarətdə texniki maneələrin aradan qaldırmaqla məhsulların dünya bazarlarında rəqabətliyinin və dövlətin beynəlxalq və dövlətlərarası əmək bölgüsündə səmərəli iştirakının təmin edilməsini məqsədli şəkildə yerinə yetirərək fəaliyyətini davam etdirir.

Xəbərlər

bütün xəbərlər
  • 2017-05-31 / Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin 51-ci iclası keçirilirDAVAMINI OXU
  • 2017-05-10 / Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdirDAVAMINI OXU
  • 2017-02-28 / Bakıda “Avropa İttifaqının Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutlarına dair qabaqcıl təcrübəsi” mövzusunda TAIEX seminarı keçirilirDAVAMINI OXU