+99412 449 99 59

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

  • 2014-cü ilin 10-11 fevral tarixlərində Türkiyənin İzmir şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya üzrə keçirilmiş seminarda İnstitutun Standartlaşdırma sisteminin inkişafı və uyğunluğun qiymətləndirilməsinin metodologiyası şöbəsinin müdiri Habil Hümbətov iştirak etmişdir.
  • 2013-cü ilin 15-21 dekabr tarixlərində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun beynəlxalq təcrübəyə uyğun olaraq fəaliyyətinin və inkişafının genişləndirilmsi, mütəxəssislərin bilik və təcrübəsinin artırılması məqsədilə İnstitutun 8 əməkdaşı Belarus Respublikasının Minsk şəhərində Belarus Dövlət Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna ezam olunmuşlar.
  • 2013-cü ilin 07-10 noyabr tarixlərində Türkiyənin Konya şəhərində "Halal və sağlam qida" movzusunda keçirilən konfransda İnstitutun Beynəlxalq təşkilatlarla iş şöbəsinin baş mütəxəssisi Ayğün Mütəllimova iştirak etmişdir.
  • 2013-cü ilin 23-24 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun (SMİİC) 5-ci Baş Assambleyasında və 25-26 noyabr tarixlərində "Standartlaşdırmanın qlobal iqtisadiyyata təsiri" mövzusunda beynəlxalq simpoziumda İnstitutun direktoru Sabiq Abdullayev iştirak etmişdir.
  • 2013-cü ilin oktyabr ayında Almaniya Milli Metrologiya İnstitutunun (PTB) dəstəyi ilə Cənubi Qafqazda fındıqçılığın inkişafı layihəsi çərçivəsində İnstitutun Yeyinti və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması şöbəsinin müdiri Əliyev Bayram Türkiyənin Giesun şəhərində seminarda iştirak etmişdir.
  • 2013-cü ilin 21-25 oktyabr tarixlərində Belarusiya Respublikasının Qrodno şəhərində keçirilmiş Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyasının 46-cı və İnformasiya texnologiyaları üzrə İşçi Qrupun 29-cu növbəti iclaslarında İnstitutun direktoru Sabiq Abdullayev, İnformasiya təminatı və normativ sənədlər fondunun idarə edilməsi şöbəsinin müdiri Fariz Vəkilov, Standartlaşdırma sisteminin inkişafı və uyğunluğun qiymətləndirilməsinin metodologiyası şöbəsinin müdiri Habil Hümbətov iştirak etmişlər. Ezamiyyə müddətində həmçinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Dövlətlərarası şura və Belarusiya Respublikasının Dövlət Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə əlaqələrin genişləndirilməsi məsələləridə müzakirə edilmişdir.

                                       

Ümumdünya Ticarət Təşkilatı (WTO)

Azərbaycan Respublikası 1997-ci ildən ÜTT ilə müşahidəçi üzv qismində əməkdaşlıq edir. Komitə tərəfində ÜTT-nın Ticarətdə Texniki Maneələr (TBT) və Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişlərinin (TRİPS) Komitə səlahiyyətlərinə aid olan məsələlər üzrə hər il təqdim olunan Azərbaycanın ÜTT-yə üzvlük üzrə İşçi Qrupunun suallarına cavab hazırlayır və ÜTT qanunvericiliyinə uyğunlaşdırma üzrə müvafiq addımlar atır.

BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO)

2012-ci ildə BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Azərbaycan Respublikası Höküməti arasında yeni 5 illik müddəti əhatə edəcək"Əməkdaşlıq üzrə Çərçivə Proqramı"layihəsi hazırlanmışdır. Yeni layihənin 6-cı fəslində texniki tənzimləmə, standarlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və sınaq sahəsində əməkdaşlıq perspektivləri nəzərdə tutulmuşdur.

Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO)

Komitə 2003-cü ildən İSO-nun tamhüquqlu üzvüdür və hal-hazırda onun 11 Texniki Komitəsinin işində iştirak edir.

Avropa Standartlaşdırma Komitəsi (CEN)

Komitə 2011-ci ildən CEN-ə müxbir üzv kimi qoşulmuşdur və bu təşkilat ilə sıx əlaqələrə malikdir.

Codex Alimentarius

Komitə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı əsasında Codex Alimentariusun Milli Əlaqələndiricisi kimi təyin olunmuşdur.

Beynəlxalq Elektrotexnika Komitəsi (İEC)

Komitə 2011-ci ildən İEC-in inkişafda olan ölkələr üzrə Müxbir Proqramında iştirak edir.Bu proqramda iştirak müvafiq İEC standartları əldə etmək və İEC tədbirlərində iştirak etmək imkanı yaradır.

 

Xəbərlər

bütün xəbərlər
  • 2017-05-31 / Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin 51-ci iclası keçirilirDAVAMINI OXU
  • 2017-05-10 / Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdirDAVAMINI OXU
  • 2017-02-28 / Bakıda “Avropa İttifaqının Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutlarına dair qabaqcıl təcrübəsi” mövzusunda TAIEX seminarı keçirilirDAVAMINI OXU